Tuesday, 23 July 2013

Peçenye ROZA - zerifler

Peçenye ROZA
Ərzaqlar:
250 qr. tvoroq
250 qr. yağ (sana, möcüzə)
2 ya 3 st. un
3 yumurta
2 xör. qaş. şəkər tozu
soda ya qabartma yozu
1 st. şəkər tozu
Hazırlanması: Yumurtanın ağını sarısından ayırın. Yağı un və tvoroq ilə ovun. Yumurtanın sarısını ayrıca 1 qabda 2 xör. qaşığı şəkər tozu ilə mikselə çalın. Sirkədə söndürülmüş sodanı əlavə edin. Hamsını qarışdırın. Xəmiri iki hissəyə ayırıb sellefona büküb 1 saatlıq soyuducuya qoyun. Yumurtanın ağını 1 st. şəkər tozu ilə beze halına düşənə qədər çalın. Taxtanın üstünə un səpib xəmiri yayin və bezeni çəkin. Rulet kimi bükün. Alınmış ruleti hissələrə bölün. Perqament çəkilmiş tavaya düzüb 180 dərəcə isinmiş sobada 30-40 dəq. bişirin.


http://Zerifler.com saytında oxu

//http://zerifler.com

No comments:

Post a Comment