Tuesday, 23 July 2013

Qonşuluq - zerifler


Qonşu necə olmalı?

Qonşuluq



Yaxın qonşu uzaq qohumdan yaxşıdır, deyiblər. Yaxın qonşu insanın haray yeridir, güvənidir. Yaxşı qonşu həm də bir mənəvi dəstəkdir, ruhun ehtiyacıdır. Qisa olaraq, hədislərdə qonşuyla bağlı göstərişləri nəzərdən keçirək:
Allahın Peyğəmbəri (s):«Qonşuya hörmət, anaya hörmət kimidir.»
İmam Əli (ə) dünyasını dəyişərkən belə vəsiyyət edib: « Sizi Allaha and verirəm qonşularınızla mehriban olun. Onlarla mehriban olmağınız əfəndilər əfəndisi Peyğəmbərimizin (s.v.s.) tövsiyyəsidir. Hz. Peyğəmbərimiz (s.v.s) qonşular barədə o qədər tövsiyə edirdi ki, elə güman etdik ki, onları malımıza varis təyin etmək istəyir»
İmam Sadiq (ə):«Yaxşı qonşuluq evləri abad, ömürləri uzun edər.»
İmam Kazim (ə):«Yaxşı qonşuluq, qonşuya əziyyət verməmək deyil. Əslində, yaxşı qonşuluq qonşunun verdiyi əziyyətin müqabilində səbr etməkdir.»

Qonşuya əziyyət vermək ;

Allahın Peyğəmbəri (s.v.s.):«Allaha və Qiyamət gününə iman gətirən hər bir şəxs qonşusuna əziyyət verməz.»
İmam Rza (ə):«Qonşusu özünü onun şərrindən amanda hiss etməyən kimsə bizdən deyil.»

Qonşunun vəziyyəti ilə maraqlanmaq;

İmam Əli (ə): «Qonşunun vəziyyəti ilə maraqlanmaq yaxşı qonşuluğun əlamətlərindən biridir.»
İmam Baqir (ə): «Allahın Peyğəmbəri (s.v.s.) buyurub: «Qonşusu ac olduğu halda gecə tox qarınla yatan kəs, mənə iman gətirməmişdir.»
Həmçinin Allahın Rəsulu buyurub: «Aralarında ac olan halda gecəni səhər edən hər bir abadlığın əhalisinə Allah-taala Qiyamət günü rəhmət nəzəri ilə baxmaz.»

Qonşunun haqqı;

Hz. Məhəmməd (s.v.s.) qonşunun hüquqları barədə buyurub: «Əgər qonşu səndən kömək istəsə kömək et, borc istəsə borc ver, sənə ehtiyacı olsa ehtiyacını həll et. Başına bir müsibət gəlibsə ona ürək-dirək ver, könlünü al, bir xeyir işi olanda onu təbrik edib gözaydınlığı ver, xəstələnsə ona baş çək, durumu ilə maraqlan, dünyadan köçəndə dəfnində iştirak et. Evini onun evindən hündür tikmə ki, ona tərəf gələn hava axınının qarşısını alasan, amma özü icazə verərsə eybi yoxdur. Meyvə alanda onun üçün hədiyyə göndər, əgər bunu etməsən, meyvəni evinə gizli apar. Öz övladının əlinə meyvə verib bayıra çıxarma ki, qonşunun övladı onun əlində meyvəni görüb narahat olar. Qazanda bişirdiyin xörəyin iyi və tüstüsü ilə qonşunu narahat etmə, əgər bunu bacarmasan, onda yeməkdən bir qədər ona göndər.»

Qonşuluğun sərhədi;

İmam Əli (ə):«Mənzildən hər dörd tərəfə 40 ev qonşu sayılır.»

Mənbə: Mizanul-hikmət


http://Zerifler.com saytında oxu

//http://zerifler.com

No comments:

Post a Comment