Tuesday 23 July 2013

Xasiyyət - zerifler


Aqil adam


Xasiyyət



Günlərin birində bir nəfər balaca bir gölməçənin yanından keçirmiş. Baxır ki, bir əqrəb suda çabalayır və kənara çıxmaq istəyir, ancaq sürüşüb suya düşür. Oradan keçən adam barmağını salır suya və əqrəbin kənara çıxmasına yardımçı olur. Əqrəb quruya çıxan kimi kişinin barmağını sancır. Səhəri gün yenə həmin adam oradan keçərkən əqrəbi yenə suda capalayan görür. O, barmağını uzadaraq əqrəbi sudan çıxarıb kənara qoyur. Əqrəb onun barmağını yenə sancır. Ertəsi gün kişi işə gedərkən, əqrəbin suda boğulduğunu görür tez barmağını uzadır və onu sudan çıxardıb yerə qoyur, əqrəb yenə kişini sancır.

Xasiyyət


Bu hadisənin şahidi olanlar səbirsizlənir və kişidən soruşurlar:
-Nədən hər dəfə əqrəbin səni sancmasına baxmayaraq, yenə də onu sudan çıxardırsan?
-Bir balaca əqrəb öz pis vərdişindən əl çəkmirsə, mən niyə yaxşı vərdişimi tərk etməliyəm -deyərək kişi yoluna davam edir.


http://Zerifler.com saytında oxu

//http://zerifler.com

No comments:

Post a Comment