ayaqqabılar
http://Zerifler.com saytında oxu
//http://zerifler.com
Italiya rəssamı Alessandro Diddi 3D (üç ölçülü) rəsm əsərləri ilə böyük marağa səbəb olub. Rəssamın çəkdiyi rəsmlər dinamik hərəkət effektlərini özündə əks etdirir. Diddinin rəsm kolleksiyasından fotosessiyanı təqdim edirik:
/avropa.info/
http://Zerifler.com saytında oxu
//http://zerifler.com
İstifadə etdiyimiz su üç milyard yaşındadır.
Bir ilan üç il yata bilər.
Qarışqa iki həftə su altında yaşaya bilər.
Bir kq limonda bir kq çiyələkdən daha çox şəkər var.
Uşaqlar bahar aylarında daha çox böyüyürlər.
Dünyadakı heyvanların 80 faizi altı ayaqlıdır.
Ən sürətli böyüyən bitki bambukdur.O, bir gündə 90 sm boy atır.
Ən çox asfalt örtüklü yola sahib olan ölkə Fransadır.
Gözlərimiz açıq ola-ola asqırmağımız mümkün deyil.
Gözlərimiz heç vaxt böyümür.
Hər dörd amerikalıdan biri mütləq televizorda görünür.
İnsan beynini 80 faizi sudur.
Bədənimizdəki ən güclü əzələ dildir.
Dünyaya gəldiyimiz zaman 300 sümüyümüz olduğu halda, yaşlandığımız zaman 206 sümüyümüz qalır.
Hesablamalara görə, insan ömrünün iki ilini telefonla danışaraq keçirir.
Xiyarın 96 faizi sudur.
Yarım kq bal hasil etmək üçün arılar iki milyondan çox çiçəkdən şirə çəkirlər.
Yeni Zellandiya bütün iqlim qurşaqlarında yerləşən tək ölkədir.
Normal insan gün ərzində 23 min dəfə nəfəs alır.
http://Zerifler.com saytında oxu
//http://zerifler.com

Belə yolla qurulan ailələrin 75 faizinin sonu boşanma ilə bitir
Qız qaçırmaq qədim dövrlərdən bu günə kimi öz aktuallığını itirməyən bir adətdir. Əvvəllər qız qaçırılmasına səbəb qız evinin oğlandan süd pulu, başlıq pulu kimi çox pul tələb etməsi, oğlan evinin isə bu pulu verə bilməməsi olurdu. Təəssüf ki, bu gün qisas məqsədi ilə də qız qaçıran, yaxud bu niyyətdə olan insanlar az deyil. Azərbaycan qanunvericiliyinə görə, qız qaçırılması adam oğurluğudur.
Azərbaycanın elə regionları var ki, orda qızların qaçırılması prosesi çox sakit qəbul edilir. Belə ki, qızın və ailənin adı təmiz olsun deyə, qaçan qızın arxasınca gedib onu gətirmirlər, mümkün qədər bu hadisəni ört-basdır etməyə çalışırlar.
Qardaş Türkiyədə yaşanan qan davası kimi adətlərin əksəriyyəti məhz qaçırılmadan yaranır ki, bunun sayəsində iki ailə bir-birinə düşmən olur və hadisənin sonu isə yaxşı qurtarmır. Azərbaycanda isə vəziyyət demək olar ki, qardaş ölkədən az da olsa geri qalır. Çünki Azərbaycanda qaçan qız ata evinə kəfənlə qayıtmalıdır, \"ər evi - gor evi\" fikri daim müzakirə obyekti olur. Ailələr susmağı üstün bilir.
Statistikaya görə, 2012-ci ildə evlənmək məqsədilə yetkinlik yaşına çatmayan qızların qaçırılması halları 28 dəfə baş verib. Bu hadisələr zamanı 18 dəfə 18 yaşına çatmayan qızlar zorla qaçırılıblar. 2012-ci ildə 18 yaşından yuxarı olan qızların qaçırılması ilə bağlı 10 hadisə baş verib. Təbii ki, bu rəqəmlər ictimaiyyətə bəlli olan rəqəmlərdir.
Cinayət Məcələsinin 144-cü maddəsinə əsasən, evlənmək məqsədilə qız qaçıran şəxsləri 5 ildən 12 ilə qədər həbs cəzası gözləyir. Əgər olay tamah məqsədilə törədilibsə, 8 ildən 12 ilədək cəza nəzərdə tutur. Olay zərərçəkənin ölümü ilə nəticələndiyi halda, əməli törədən şəxs 10 ildən 15 ilə qədər müddətə azadlıqdan məhrum olunur. Qeyri-rəsmi statistikaya görə, qız qaçırılması hallarının 95%-i evlilik məqsədi ilə olur. Çox maraqlıdır ki, zorla qaçırılma ilə qurulan ailələrin 75%-i boşanma ilə nəticələnir. Amma qızın şəxsən öz istəyi ilə qoşulub qaçması faktı da az deyil. Eləcə də ailələr arasında düşmənçilik varsa, biri digərinin qızını qaçırıb sonra geri qaytarmaqla da qisas alır.
Hüquqşünas Abbas Quliyev bildirir ki, oğlanlar əksər hallarda cəza almamaq üçün qaçırdıqları qızı hədələyir, ölümlə qorxudur. Nəticədə qızlar şikayət etmir və könüllü qaçdığını bildirir. Belə ailələrin sonu da boşanma ilə nəticələnir: \"Cəmiyyət birmənalı olaraq qaçan qızları qəbul etmir. Qaçan qız elə həmin gün geri qaytarılsa belə ona mundar əski kimi münasibət göstərilir. Belə olan halda qızların susmaqdan başqa hansı çıxış yolu ola bilər? Bir müddət keçir və intihara baş vurulur. Cəza hər nə qədər ağırlaşır-ağırlaşsın, bu cür hadisələrin qarşısını cəza ilə almaq mümkün deyil\".
Həmsöhbətimiz hesab edir ki, qızlar maariflənməlidir, cəmiyyətdə onlara qarşı olan münasibət dəyişməlidir, başa düşməlidirlər ki, əgər qaçırıldıqdan sonra şikayət edib məcburi ailə qurmaqdan imtina etsə, cəmiyyət ona pis münasibət göstərməyəcək, o, yenidən normal, rahat həyatını yaşaya biləcək. Onun fikrincə, əgər belə bir fikir formalaşsa ki, qızın heç bir günahi yoxdur, o zaman bu əməli törətməyə meylli olan insanlar da çəkinər: \"Bilər ki, qızın şikayət etmək, onu tutdurmaq imkanı var. Bir fərdin səhv düşüncəsi və fikri cəmiyyəti yönəldə bilir. Bu sterotipi aradan qaldırmaq gərəkdir\".
/ekspress.az/
http://Zerifler.com saytında oxu
//http://zerifler.com

Ərzaqlar:
600 qr. peçenye (Yubileynı)
200 qr. kərə yağı
2 xör. qaş. kakao
yarım stəkan süd
1 stəkan şəkər tozu
qoz zövqə görə
Hazırlanması: Peçenyeni tam əzin. Kakao ilə şəkəri qarışdırın. Yağı qazana qoyub ocaqda əridin. Süd əlavə edin. Şəkər qarışığını əlavə edin və ocaqda tam əriyənə qədər qarışdırın.Amma qaynatmayın. Ocaqdan götürən kimi əzilmiş peçenye ilə yaxşıca qarışdırın. Alınmış kütləni sellefona qoyub kolbasa formasına salın. (istədiyiniz formaya da sala bilərsiniz)
http://Zerifler.com saytında oxu
//http://zerifler.com