Wednesday 24 July 2013

Kartof dolması - zerifler

Bismillahir Rəhmanir Rəhim!

Kartof dolması



Kartof dolması

Ərzaqlar:

18-20 ədəd orta ölçülü kartof

150-200q xama

1 x.q əridilmiş kərə yağı

Duz

Istiot

İçlik üçün:

500-600 q bişmiş qoyun ətinin qiyməsi

1/3 ç.q sarıkök



Hazırlanması:

İçliyi hazırlamaq üçün 500-600 qr qoyun ətini 2 baş soğanla ət maşınından keçirib əvvəl yağ töküb qovururuq. Sonra az su əlavə edib tamam yağa düşənə qədər bişiririk. Duz, istiot və sarıkök əlavə edirik.
Kartofun qabığını soyub yuyuruq.
Yuyulmuş kartoflarin üstünü qapaq kəsib içini çıxardırıq.
Kartofun içinə və üstünə az duz və istiot səpirik.
İçinə hazır qıyməni yığırıq. Sobaya qoyacağımız qaba yağ töküb içi dolmuş kartofları yan-yana yığırıq.

Kartof dolması


Kartofların üstünə xama çəkib 180-200 dərəcədə qızdırılmış sobada hazır olanadək bişiririk.


Kartof dolması

Kartofların üzü qızarıb bişəndə hazır olacaq.

Yeməyi süfrəyə verdikdə zövqə görə üstünə göyərtini (keşniş, şüyüd)xırda doğrayıb səpirik.



Kartof dolması




http://Zerifler.com saytında oxu

//http://zerifler.com

No comments:

Post a Comment