Tuesday 23 July 2013

Peyğəmbər (s.v.s) və imamlarımızın 40 meyvə-tərəvəz haqqinda buyurduqları - zerifler

Bismillahir Rəhmanir Rəhim!


40 meyvə-tərəvəz 40 hədis

1-Nar:


Peyğəmbər (s.v.s)  və  imamlarımızın  40  meyvə-tərəvəz haqqinda buyurduqları

İmam Əli (ə) buyurmuşdur: “Uşaqlarınızın tez dil açması üçün onlara nar yedizdirin.” Nar insanı arıqladır, təzyiqi aşağı salır, əsəb sisteminin normal olması üçün məsləhət görülür, qara ciyərə və sarılıq xəstəliyinə faydalıdır. Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər bir narın içində bir behişt dənəsi vardır və mən onun bir dənəsini belə yeməməyə razı deyiləm.”


2-Əncir:


Peyğəmbər (s.v.s)  və  imamlarımızın  40  meyvə-tərəvəz haqqinda buyurduqları

Qurani-kərimdə bəzi meyvələrin adı çəkilmişdir, əncir də onlardan biridir. Belə ki, buyurulur: “Vəttini vəz-zəytun.” “An olsun əncirə və zeytuna.”
Əncirin çoxlu faydası vardır. Onun tərkibində şəkər, yağ, mineral maddələr, su və nişasta vardır. Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Əncir behişt meyvələrindəndir və (insanı) incəqəlbli və rəhmli edir.”


3-Üzüm:


Peyğəmbər (s.v.s)  və  imamlarımızın  40  meyvə-tərəvəz haqqinda buyurduqları



Kamil bir yemək olub mikrobları aradan aparır, qanı az olan uşaqlara xeyirlidir. Bədəndə olan zəhərləri dəf edir, iştahanın artmasına səbəb olur. Onun tərkibində A, V və S vitaminləri vardır. Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Sizin ən yaxşı meyvəniz üzümdür və onun heç bir zərəri yoxdur.”

4-Günəbaxan:

Peyğəmbər (s.v.s)  və  imamlarımızın  40  meyvə-tərəvəz haqqinda buyurduqları


Onun tərkibində A və V vitaminləri vardır, burunu açır, qara ciyərə faydalıdır, üzərinə milçək və ağcaqanad qonmur, tüstüsü həşəratları, sicanı və qurbağanı qovur.

5-Albalı:

Peyğəmbər (s.v.s)  və  imamlarımızın  40  meyvə-tərəvəz haqqinda buyurduqları


Onun tərkibində A, V, S və D vitaminləri vardır, qanın turşuluğunu aşağı salır, revmatizm və oynaq ağrılarına faydalıdır.


6-Gavalı:


Peyğəmbər (s.v.s)  və  imamlarımızın  40  meyvə-tərəvəz haqqinda buyurduqları



Onun tərkibində çoxlu vitamin vardır. İmam Sadiq (ə) buyurmuşdur: “Acqarına gavalı yemək başgicəllənməyə, ürəkbulanmaya və öd kisəsinə xeyirlidir, lakin bədəndəki şişləri oyadır.”

7-Üzərlik:
Peyğəmbər (s.v.s)  və  imamlarımızın  40  meyvə-tərəvəz haqqinda buyurduqları


Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Həqiqətən, üzərliyi yalnız mələklər əkir və məmur olduqları yerə çatdırırlar. Onun dənəsində şəfa vardır və yetmiş növ xəstəliyə dərmandır.”


8-İsfinac:


Peyğəmbər (s.v.s)  və  imamlarımızın  40  meyvə-tərəvəz haqqinda buyurduqları


Onun tərkibində dəmir vardır, qanda olan turşuluğu və ağızın pis qoxusunu aradan aparır, sümükləri və əzələləri bərkidir. O, bağırsaqlara xeyirlidir və mədə toxumalarını yumşaldır və qan azlığına faydalıdır.

9-Badımcan:

Peyğəmbər (s.v.s)  və  imamlarımızın  40  meyvə-tərəvəz haqqinda buyurduqları


Su ilə bişirildikdə, insanın arıqlamasına səbəb olur. Böyrəkdəki şişin və oynaq ağrılarının sağalması üçün faydalıdır. Mədə-bağırsaq xəstəliyinə tutulanlara zərərli və dəri xəstəliyinə düçar olanlara qadağandır. Həddən artıq yemək yeyənlərə və təzyiqi olanlara xeyirlidir.


10-Düyü:

Peyğəmbər (s.v.s)  və  imamlarımızın  40  meyvə-tərəvəz haqqinda buyurduqları



Bəzi xəstəliklərə tutulanlar üçün münasib bir yeməkdir, arıq şəxslərə, səs tellərinə, ishal və vərəm xəstəliklərinə düçar olanlara xeyirlidir. Onun tərkibində A vitamini və nişasta vardır.


11-Heyva:

Peyğəmbər (s.v.s)  və  imamlarımızın  40  meyvə-tərəvəz haqqinda buyurduqları


İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs açqarına heyva yesə, nütfəsi pak və övladı göyçək olar.” Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Heyva üzün rəngini ağ və övladı göyçəkləşdirir. Mədə divarının aşılanmasına və ürəyin möhkəmlənməsinə səbəb olur.” Həmçinin buyurmuşdur:“Heyvanın üç xasiyyəti vardır: 1-Ürəyə aramlıq və şadlıq verir. 2-Paxılın əliaçıq olmasına səbəb olur. 3-Qorxağı şücaətli edir.”


12-Portağal:

Peyğəmbər (s.v.s)  və  imamlarımızın  40  meyvə-tərəvəz haqqinda buyurduqları



Bir az su və bal ilə qarışdırıb içəndə bədənin kalsiumunu daha da artırır. Əgər odda bişirmək istəsəniz, qabın ağzını açıq qoyun. Onun tərkibində S vitamini vardır.


13-Yarpız:


Peyğəmbər (s.v.s)  və  imamlarımızın  40  meyvə-tərəvəz haqqinda buyurduqları



Həzmedici və qüvvətlidir, bəlğəmi və köpü aparır, əsəb sistemini sakitləşdirir.


14-Soğan:
Peyğəmbər (s.v.s)  və  imamlarımızın  40  meyvə-tərəvəz haqqinda buyurduqları



Şəkər, vərəm, revmatizm xəstəliyinin dərmanıdır, böyrəklərdə yaranan daşları əridir, böyrək, mədə və bağırsaqların sağalması üçün onu bişmiş halda yeyin. Dəridəki ləkələri aparmaq üçün soğanı doğrayıb, sirkəyə qoyun, sonra dəriyə çəkin. Soğan tənəffüs yollarını açır, ishalı, yorğunluğu aparır, iştaha gətirir və zehnə xeyri vardır.

15-Turp:


Peyğəmbər (s.v.s)  və  imamlarımızın  40  meyvə-tərəvəz haqqinda buyurduqları



İmam Əli (ə) bu barədə buyurmuşdur: “Turp bəlğəmi aparır, yeməyi dadlı edir.” Həzrət Peyğəmbəri-Əkrəm (s) də buyurmuşdur: “Turpu yedikdən sonra, ağzınızdan onun qoxusunun gəlməməsini istəyirsinizsə, onu yemək istədiyiniz zaman məni yad edin.”


16-Cəfəri:


Peyğəmbər (s.v.s)  və  imamlarımızın  40  meyvə-tərəvəz haqqinda buyurduqları


Cəfərinin yarpağında cinsi hormonlar mövcuddur, onun tərkibində xlorofil olduğu üçün qanı az olan şəxslərdə qan yaradır, oksigenin cəzb olunmasına və qanın təmizlənməsinə səbəb olur.


17-Çay:

Peyğəmbər (s.v.s)  və  imamlarımızın  40  meyvə-tərəvəz haqqinda buyurduqları


Çay içmək ürək döyüntüsünə və digər arizələrin yaranmasına, əsəb sisteminin həddən artıq fəallaşmasına səbəb olur. Yorğunluğu aradan aparır, zehni işləri asanlaşdırır və böyrəklərə xeyri vardır.


18-Halva:

Peyğəmbər (s.v.s)  və  imamlarımızın  40  meyvə-tərəvəz haqqinda buyurduqları



Həzrət Peyğəmbəri-Əkrəm (s)-dən “sizin sevdiyiniz ən yaxşı yemək hansıdır?” – deyə soruşduqda, o həzrət buyurdu: “Soyuq halva.” Həmçinin buyurmuşdur: “Mömin şirindir, şirin şeyləri də çox sevir. Halva da yaxşı yeməklərdən biridir.”


19-Qovun:


Peyğəmbər (s.v.s)  və  imamlarımızın  40  meyvə-tərəvəz haqqinda buyurduqları



Tez həzm olunur, insanda enerji yaradır, bədəndəki zəhərləri təmizləyir, böyrəyin yaxşı işləməsinə səbəb olur və yorğunluğu aparır. Revmatizm və böyrək xəstəliklərinə faydalıdır, amma şəkər xəstəliyinə zərərdir. Yemişi acqarına yeməyin, çünki qulunca və iflicə səbəb ola bilər. İmam Əli (ə) buyurmuşdur: “Qovunun şərbəti behişt şərbətlərindəndir.” Həzrət Peyğəmbəri-Əkrəm (s) də buyurmuşdur: “Qovunu doğrayıb yeməyin, onu dişinizlə yeyin; çünki o, mübarək və pak tərəvəzlərdəndir, dişləri təmizləyib ağardır, qəlbi pak edir və onu yemək ibadət sayılır.”

20-Xurma:


Peyğəmbər (s.v.s)  və  imamlarımızın  40  meyvə-tərəvəz haqqinda buyurduqları



Yorğunluğu və aclığı aradan aparır, qarın qurultusunu kəsir və yetmiş növ xəstəliyə şəfadır. İmam Sadiq (ə) buyurmuşdur: “Övladınızın göyçək olması üçün qadınlarınıza nifas vaxtı xurma yedizdirin.” Yenə də buyurmuşdur: “Hər kəs gündə acqarına yeddi ədəd xurma yesə, Şeytan ona zərər yetirə bilməz. Yatan vaxtı yeddi ədəd xurma yemək qarındakı qurdları aradan aparır.” İmam Əli (ə) da buyurmuşdur: “Xurma yeyin, çünki o, hər bir dərdin dərmanıdır.”

21-Xiyar:

Peyğəmbər (s.v.s)  və  imamlarımızın  40  meyvə-tərəvəz haqqinda buyurduqları



Mizacı soyuq olan şəxslərin xiyar yeməsi məsləhət deyildir və onlara zərərlidir. Əlbəttə, onu xurma ilə yesələr, heç bir zərəri olmaz. Həzrət Peyğəmbər (s) onu duz və xurma ilə birlikdə yeyərdi. Xiyar sarılıq xəstəliyinə xeyirdir, qabığı qanı artırır, lakin çətin həzm olunur, insanın ağırlaşmasına və köpməsinə səbəb olur. Qəlbin güclənməsinə faydası vardır, ona görə
də xırda xiyarı qabığı ilə birlikdə yemək onun asanlıqla həzm edilməsinə və həyati xüsusiyyətlərin artmasına səbəb olur.


22-Darçın:


Peyğəmbər (s.v.s)  və  imamlarımızın  40  meyvə-tərəvəz haqqinda buyurduqları


Onu yeməklərdə istifadə etmək faydalıdır. Şirin və ətirlidir, insanın qüvvətli olmasına səbəb olur, tez həzm olunur, bədəndəki mikrobları və qarında olan qurdları öldürür, mədə ağrısını kəsir, qəlbin və tənəffüsün hərəkətini çoxaldır, ürəyi qüvvətləndirir və ishalı aradan aparır.


23-Reyhan:


Peyğəmbər (s.v.s)  və  imamlarımızın  40  meyvə-tərəvəz haqqinda buyurduqları



Onun qoxusu milçək və ağcaqanadları qovur, dənəsini yemək zəhərlənmənin qarşısını alır. Baş ağrısına və gicəllənməyə xeyri vardır. İshal və vəbanın mikroblarını öldürür.

24-Ərik:


Peyğəmbər (s.v.s)  və  imamlarımızın  40  meyvə-tərəvəz haqqinda buyurduqları



İnsanın qüvvətli olmasına səbəb olur, onun tərkibində A və V vitaminləri vardır. Uşaqların yaxşı inkişaf etməsi üçün faydalıdır. Qan azlığının, zəifliyin, ishalın və dərinin dərmanıdır. Onun dənəsini yemək köpü aradan aparır. Kalı və yetişməmişi mədəyə zərərlidir, mədəsində yara olan şəxslər gərək onu yeməkdən çəkinsinlər.


25-Zəfəran:

Peyğəmbər (s.v.s)  və  imamlarımızın  40  meyvə-tərəvəz haqqinda buyurduqları



İmam Baqir (ə) buyurmuşdur: “Zəfəran bədən əzələlərin güclənməsinə faydalıdır və əsəb sisteminə xeyri vardır, bel ağrısını kəsir, qəm-qüssəni dəf edir, yuxusuzluğu aradan aparır, tənəffüs yollarını açır və mikrobları öldürür.”


26-Zeytun:


Peyğəmbər (s.v.s)  və  imamlarımızın  40  meyvə-tərəvəz haqqinda buyurduqları



Qurani-kərimdə zeytun əncirlə birgə qeyd olunmuşdur. İmam Rza (ə) buyurmuşdur: “Zeytun bəlğəmi və qəm-qüssəni aradan aparıb insanın əxlaqını düzəldir.” İmam Sadiq (ə) da buyurmuşdur: “Zeytun peyğəmbərlərin yeməyidir və kişinin nütfəsini çoxaldır.


27-Göyərti:

Peyğəmbər (s.v.s)  və  imamlarımızın  40  meyvə-tərəvəz haqqinda buyurduqları



İmam Sadiq (ə) buyurmuşdur: “Süfrələrin zinəti göyərtidir. Öz süfrələrinizə göyərti qoymaqla və yeməklərinizi Allahın adını çəkməklə bəzəyin, çünki bu iş Şeytanın uzaq olmasına səbəb olur.”


28-Alma:


Peyğəmbər (s.v.s)  və  imamlarımızın  40  meyvə-tərəvəz haqqinda buyurduqları



İmam Əli (ə) buyurmuşdur: “Alma mədəni təmizləyir və onun heç bir zərəri yoxdur. Qızdırmanı və vəba xəstəliyini aradan qaldırır, burundan qan axmasının qarşısını alır, üzü gözəlləşdirir, saçın şəffaf olmasına səbəb olur; o, əsəbin, köklüyün və yuxusuzluğun dərmanıdır, revmatizm xəstəliyinə, oynaq ağrılarına və digər xəstəliklərə xeyri vardır.”


29-Sarımsaq:


Peyğəmbər (s.v.s)  və  imamlarımızın  40  meyvə-tərəvəz haqqinda buyurduqları



Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Sarımsaq yeyin, lakin həmin halda məscidə getməyin.” Həmçinin buyurmuşdur: “Sarımsaq yeyin, əgər mələklə danışmasaydım, mən də sarımsaq yeyərdim.” İmam Baqir (ə) buyurmuşdur: “Biz sarımsaq yeyirik.” Sarımsağın bəzi zərərləri də vardır, o cümlədən: Görmə qabiliyyətinin azalmasına, sarılığın güclənməsinə və kişilərin sonsuz olmasına səbəb olur, uşaqlara və dəriyə zərəri vardır. Lakin bədəndəki mikrobları öldürür, bəlğəmi azaldır, astma, vərəm və anfulanza xəstəliyinə, eləcə də göy öskürəyə çox faydalıdır.

30-Şəlğəm:


Peyğəmbər (s.v.s)  və  imamlarımızın  40  meyvə-tərəvəz haqqinda buyurduqları



Arıqlamaq üçün xeyirlidir, sinənin, zökamın və qara ciyərin dərmanıdır. Şəlğəmin suyu böyrəkdə yaranan daşların əriməsi üçün faydalıdır.

31-Süd:


Peyğəmbər (s.v.s)  və  imamlarımızın  40  meyvə-tərəvəz haqqinda buyurduqları



Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Heç bir yeməli və içməli şey südün yerini verə bilməz.” Onun tərkibində A, V, S, D, E və s. vitaminləri vardır. İnək südünün sinəyə və soyuq mizaclı insalara xeyri vardır, qanın artmasına səbəb olur. O, təklikdə kamil bir yeməkdir. Zəhərlənmənin qarşısını alır və əzələləri qüvvətləndirir.


32-Bal:

Peyğəmbər (s.v.s)  və  imamlarımızın  40  meyvə-tərəvəz haqqinda buyurduqları


Bal orqanizmin bütün ehtiyaclarını ödəyən bir yeməkdir, onun tərkibində V1, V2, E və S vitaminləri vardır, ishalın kəsilməsi üçün faydalıdır və onda şəfa vardır. Həzrət Peyğəmbər (s)-in baldan xoşu gəlir və ondan istifadə edirdi.

33-Mərci:

Peyğəmbər (s.v.s)  və  imamlarımızın  40  meyvə-tərəvəz haqqinda buyurduqları



Mərci bərəkətlidir, qəlbi rəhmli edir və gözün yaşını çoxaldır. O, qəlbin qəsavətini aradan aparır, ürək döyüntüsünü kəsir və təzyiqi aşağı salır. Onun tərkibində dəmir, mineral maddələr, V1 və V2 vitaminləri vardır.


34-Kahı:

Peyğəmbər (s.v.s)  və  imamlarımızın  40  meyvə-tərəvəz haqqinda buyurduqları


İnsanın yuxulamasına, susuzluğunun və huşsuzluğunun aradan getməsinə səbəb olur, tez həzm olur, sarılıq və cüzam xəstəliklərinə, qanın saflaşmasına, baş və döş ağrılarına faydalıdır.


35-Balqabaq:

Peyğəmbər (s.v.s)  və  imamlarımızın  40  meyvə-tərəvəz haqqinda buyurduqları


Öskürəyə, sinə və boğaz ağrılarına faydalıdır, ağlı artırır, üzü nurani və gözəl edir. Həzrət Peyğəmbər (s) kədu yeməyi sevirdi.


36-Qoz:

Peyğəmbər (s.v.s)  və  imamlarımızın  40  meyvə-tərəvəz haqqinda buyurduqları


Uşaqların orqanizmi üçün ehtiyac duyulan şeylər qozun tərkibində mövcuddur, əgər pendirlə birgə yeyilsə, faydası daha çox olar. Şəkər xəstəliyinə tutulanlar və əqli fəaliyyətlərlə məşğul olanlara xeyirlidir. Onun tərkibində A, V1, V2, V6 vitaminləri mövcuddur. Yeməyi yaxşı həzm edə bilməyənlərə və bağırsaq xəstəliyinə tutulanlara zərəri vardır. İmam Sadiq (ə) buyurmuşdur: “Qoz və pendirin hər ikisi birlikdə dərmandır, əgər bir-birindən ayrılsalar (ayrı-ayrılıqda yeyildikdə), hər biri xəstəliyə səbəb olar.”


37-Armud:


Peyğəmbər (s.v.s)  və  imamlarımızın  40  meyvə-tərəvəz haqqinda buyurduqları


Revmatizm xəstəliklərinə, oynaq ağrılarına və bağırsaqlara faydalıdır. Onun tərkibində A, V, S, R vitaminləri, kalsium və mineral maddələr vardır. Əsəbləri sakitləşdirir, təzyiqin qarşısını alır, qanı təmizləyir, böyrəklərin yaxşı işləməsinə səbəb olur.


38-Banan:

Peyğəmbər (s.v.s)  və  imamlarımızın  40  meyvə-tərəvəz haqqinda buyurduqları



İnsanın qüvvətli və yeməyin yaxşı həzm olmasına səbəb olur. Bir ədəd banan bir dana ciyərinə bərabərdir. Ürək və böyrək xəstəliklərinə xeyri vardır, insanı qan azlığından xilas edir. Əlbəttə, qaralmış bananı yemək olmaz.
39-Şaftalı:
Onun tərkibində A, V1, V2, R, S vitaminləri və kalsium kimi maddələr vardır. Bədənə tez yayılır, təzə dərilmişini gözəlliyi qoruyub saxlamaq üçün üzə sürtmək faydalıdır, ağızın qoxusunu, susuzluğu aradan aparır və sarılıq xəstəliyinə xeyirlidir.


40-Qarpız:

Peyğəmbər (s.v.s)  və  imamlarımızın  40  meyvə-tərəvəz haqqinda buyurduqları


Yorğunluğu aradan aparır, qanı duruldur. Onun yeməklə birgə yeyilməsi məsləhət görülür, əks təqdirdə həzm prosesinə çətinlik yarada bilər. Dənəsi qarında qurdun əmələ gəlməsinin qarşısını alır.


http://Zerifler.com saytında oxu

//http://zerifler.com

No comments:

Post a Comment