Tuesday 23 July 2013

Xalların sağlamlığa zərəri və onların mənaları. - zerifler

Xalların sağlamlığa zərəri və onların mənaları.

Hamımızda irili-xırdalı xallar var. Bəzən xallar bizə gözəllik versə də, həddən artıq böyük xallar narahatlığımıza səbəb olur. Bəs xallar necə yaranır, onları əməliyyat və ya digər yollarla aradan qaldırmaq mümkündürmü?

Xallar təməl sturukturlarını əmələ gətirən melanosit hüceyrələrinin rəng yaratma xüsusiyyətindən asılı olaraq, qəhvə rənginin müxtəlif çalarlarında ola bilər. Böyüklükləri bir neçə millimetr ilə bir neçə santimetr arasında dəyişir. Xallar yumru, oval və ya nizamsız ola bilər.

Xallar haqqında danışan dermotoloq Ramil Qocalının sözlərinə görə, xallar insan bədəninin hər yerində yarana bilər. Heç bir zərəri olmayan xallar artırsa, bu zaman həkimə müraciət etmək lazımdır. Həkim müayinə zamanı başın dərisini, ovucları və ayaqların altını, ümumiyyətlə bütün dəri səthini müayinə etməlidir. \"Xalların özünəməxsus həyat dövrü var. Belə ki, illər keçdikcə, xallar müxtəlif dəyişikliklərə məruz qalır. Bəziləri itə, bəziləri iriləşib, tündləşə bilər\".

Həkim bildirir ki, xallar həyatın ilk 20 ilində, ən çox da yetkinlik dövründə əmələ gəlir. Açıq qəhvəyi, yumru və ya yüngül oval şəklində olan xallar zaman keçdikcə, tündləşib daha aydın görünür. Belə xallar təhlükəli olmasa da, sayları önəmlidir. Bədənində 50-dən artıq xal olan adamın xərçəngə meylli olduğu sübut edilib.

Bəzən illər keçdikcə xallar böyüyür, onların həcmi də artır. Belə xalı olan insanlar çox zaman həmin xalları çıxarmağa üstünlük verirlər. Həmsöhbətimizin sözlərinə görə, xalları ilin hər fəslində əməliyyat etdirmək olmaz. Xalların götürülməsi üçün ən uyğun ay dekabrdır. \"Bəzi xallar körpə dünyaya gələrkən bədənində olur. Belə xalları olan körpələrdə dəri xərçəngi riski daha böyük olur. Xüsusilə xal 20 sm böyükdürsə, bu, daha böyük risk deməkdir. Diplastik xallar normal xallardan böyük və daha tünd olur. Belə xallar irsi xarakterli olur. Atipik xalları olan insanlar hər il dəri xərçəngi müayinəsi üçün həkimə müraciət etməlidirlər\".

Xalı çox olan insanlar hər zaman xallarında baş verən dəyişikliyə diqqət yetirməlidirlər. Dəridə olan xalların sayına, yerinə, böyüklüyünə, quruluşuna hər zaman nəzarət etmək lazımdır. \"Əgər xalda assimmetrik dəyişiklik yaranarsa, rəng tündləşməsi və dağılması müşahidə edilərsə, xalda qanama, qabıqlanma, kənarlarında çıxıntı və ya hər hansı bir dəyişiklik müşahidə edilərsə, həkimə üz tutmaq vacibdir\".

Çox zaman xalların çıxarılmasının xərçənglə nəticələndiyi deyilir. Həkimin fikrincə isə xalların əməliyyatla götürülməsinin heç bir xərçəng riski yoxdur.

Yaş artdıqca insan bədənində olan xalların sayı da artır. Əslində xallar zərərli deyil, bədəndə artıq hüceyrələri təmizləyərk \"zibil qutusu\" funksiayasını yerinə yetirir. Bu səbəbdən xallarınız xarakterini, formasını, rəngini dəyişərsə, müayinə mütləqdir.

Psixologiyada isə xalların insanların xasiyyətini xarakterizə etdiyi deyilir. Psixoloq Aynur Əlibəylinin fikrincə, topa halında olan xallar insanların yaxşı olmasını göstərir. Bucaqlı olan xallar həm yaxşı, həm pis xüsusiyyətləri ifadə edir. Açıq rəngli xalları olan insanlar şanslı, tünd xalları olanlan həyatda bir çox çətinliklərin yaşanacağına işarədir. Xallar yerlərinə görə də mənalandırılır. \"Əvvəlcə onu deyim ki, xallar kişi və qadına görə müxtəlif məna daşıyır. Məsələn, topuğunda xalı olan bir kişinin xarakteri dəhşətli, qadında isə zarafat etmə qabiliyyətinin, cəsarətinin, sevgisinin və dünyəvi malları başqa insanlarla paylaşma istəyinin olmasına işarədir.

Qollarda olan xal nəzakətliliyə, çalışqanlığa və xoşbəxt evliliyə işarədir. Əgər xal dirsəyə yaxındırsa, kişi bir çox problemlərdən çıxmaq məcburiyyətindədir. Bununla yanaşı cavan yaşlarında dul qala biləcəyi də istisna edilmir. Qadın da eyni problemləri yaşayır. Amma onun problemləri iş həyatında özünü büruzə edir. Kürəyində xalı olanlar hər hansı bir mübarizəyə qalxmamışdan öncə, bütün gerçəkləri öyrənməyə çalışmalıdırlar. Qarında olan xallar istəklərə düşkünlüyü ifadə edir. Belə insanlar çox yeməkdən və içkidən uzaq durmalıdırlar\".

Sinəsində xalı olanlar davakar, tənbəl, qərarsız insanlar olurlar. Yanağı xallı olanlar ciddi, çalışqan, mülayim təbiətli, çənəsində xalı olanlar isə qibtə edilən insanlardır. Onlar çalışqan və məsuliyyətli xarakterə malikdirlər.

Qulaqda xal nadir halda olur. Amma belə insanlar var-dövlətli olurlar. Dirsəyində xalı olan insanlar qərarsız, gözündə xalı olanlar isə etibarlı olurlar. Onların hər zaman sevgiyə ehtiyacı olur.

Sağ qaşda xal səbr, ailə həyatında və işdə uğur, sol qaşda xal isə əksinə məna daşıyır. Barmaqlarında xalı olanlar saxtakar və hər şeyi şişirtmə qabiliyyətinə malik olurlar.

Psixoloq deyir ki, ayaqlarında xalı olan insanlar melanxolik insanlardır. Qapalı və sakit həyatı sevirlər. Alnında xalı olanlar etibarlı və mükəmməl insan olduqları üçün hər şeyin ən yaxşısı onlarda olur. Qasıqlarda olan xallar sağlamlıq problemlərinə işarədir. Alnın ortasında olan xal sahibinin intellektual səviyyəsinin yüksək olduğuna işarədir. Gözün üstündə olan xal isə romantik xasiyyətə işarədir. Gözün altında olan xal sahibinin sevgiyə açıq, xoş xasiyyət olduğunu göstərir. Gözünün ucunda xalı olanlar isə qısa müddətli sevgi macəralarına üstünlük verirlər. Burunun yuxarısında olan xal sahibin yaradıcı olduğundan xəbər verir. Bu insanlar səfərlərə getməyi sevir, rəngarəng fantaziyalara sahib olurlar. Sol gözünün ucunda xalı olanlar sevdikləri insanın ona tabe olmasını arzulayırlar. Çox qısqanc olan bu insanlar heç bir zaman güzəştə getməyi sevmirlər. Sol gözünün kənarında xalı olanlar həssas insanlardır. Ailə həyatında hər zaman yeniliyə açıq olub, yeni hisslərə can atırlar. Sol qaşının sonunda xalı olanlar günahkarlıq hissi ilə yaşayır, həyatda qarşılaşdıqları hər şeyi öz günahları bilirlər. Xal sol qaşın içindədirsə, bu, yüksək yaddaşa sahib olmağa işarəsir. Bu insanlar hər şeydən nəticə çıxara bilirlər. Burnunun ucunda xalı olanlar məhəbbət macəralarında sıxıntı yaşayırlar. Sağ yanağında xalı olan insanlar ehtiraslı olduğu üçün yaşadıqları münasibətlərin sonunu düşünmürlər. Sağ yanağın altında olan xalı olan insanlar davakar olur, hər şeyə görə mübahisə yaratmağı sevirlər. Ancaq təmizürəkli olduqları üçün davaları qısamüddətli olur.

Üst dodağının sağ tərəfində xalı olanlar taleyə, sərhədsiz sevgiyə inanan olurlar. Üst dodağın ortasında olan xal isə sərbəstliyə işarədir.



/ekspress.az/


http://Zerifler.com saytında oxu

//http://zerifler.com

No comments:

Post a Comment