Əzaqlar:
2 yumurta
50 qr. şəkər tozu
duz
700 ml. süd
300 qr. un
50 ml. duru yağ
Krem üçün:
400 ml. süd
4 xör. qaş. şəkər tozu
2 xör. qaş. un
1 xör. qaş. kərə yağı
3 yumurtanın sarısı
2 xör. qaş. xaş-xaş
Hazırlanması: Blinçik üçün yumurta, şəkər tozu, duz qarışdırın. Süd əlavə edib qarışdırın. Unu ələkdən keçirib yenə qarışdırın. Duru yağı əlavə edin yaxşıca qarışdırın. Blinçikləri bişirin.
Kremin hazırlanması: Süd, şəkər tozu, un, yumurtanın sarısı, kərə yağını bir qaba tökub qarışdırın və ocağın üzərinə qoyun. Qaynayıb krem halında olana qədər qarışdırın. Krem halına düşəndə ocaqdan düşürüb xaş-xaş əlavə edin. Soyuyandan sonra blinçikləri kremləyin. 1-2 saatlıq Soyuducuya qoyun. Tortunuz hazırdı.
http://Zerifler.com saytında oxu
//http://zerifler.com
No comments:
Post a Comment